Məsələn bir dükan sahibi nə qədər ziddiyyətli biri olmalıdır ki, içkidən satdığı dükanına "KÜBAR" adı versin?
Bir də yazıların anormal yazılışları məni düşündürürdü, sıralamanı nəzərdə tuturam. Məsələn, "Turqut çay evi", "Ticarət Laçın Mərkəzi", "Kredit mebel evi", "Dönər Kardeşler" ("Qardaşlar" yazılsaydı, dünya tərsinə fırlanardı sanki), "Ramazan endirimləri" (Ramazan qurtaranı neçə ay olub), "Türk kişi ayaqqabı endirimləri", "payız-qış kolleksiyası" (o yazı yayda da olduğu yerdən asılı qalıb, gözlərimizi "oxşayacaq" ), "Pakistan malları", "Kafe Şəki Piti", "zibilheyat.com", "İdeal kişi salonu", "mebel Dəniz mərkəzi", "Dostlar çay evi" (elə bil kişi üçün dostluğun göstəricisi ancaq çay evində yığışmaqdır), "Rafaello gül salonu" (gül ilə Rafaello arasında nə əlaqə var, hələ də fikirləşirəm), "VİP çay evi", "Natiq şirniyyat evi", "Kafe Murad Bilyard", "plastik kartların istehsalı kitay qiymətinə", "U Elçina kafe bar" (rus məntiqli latın yazısı).
Bir də ayıldım ki, hər günümü bu mənasız yazıları oxumaqla başa vururam. Hər gün bu yazıları oxuyaraq yaşadığımızın fərqinə vardım. Bu elanlara, adlara nəzarət edən yoxdurmu?
Elə kimin kefi nə istəsə pul verib, yazıb yapışdıra bilər? Ad ilə obyekt arasında məntiqi bağ olmalıdır axı. Hələ metrodakılardan danışmıram. Sadəcə bir vaqondakıları oxumaq kifayət edir ki, ölkədə nə qədər boş iş yeri və qədər tənha, yalqız gənclərin olduğunu biləsən
Biz yazmağı sevən amma heç vaxt oxumağı bacarmayan millətik, biz öz doğrularımıza, öz yazılarımıza ancaq özümüz inanan millətik!
